"Prezident İlham Əliyev qarşıdakı il buraya çox böyük məbləğdə vəsait ayıracaqlarını söylədi"
"Mənə görə, bir il içərisində kommunikasiya işlərinin də başa çatdığı vaxtdan etibarən Şuşaya gediş-gəliş daha da asanlaşacaq. Prezident İlham Əliyev qarşıdakı il buraya çox böyük məbləğdə vəsait ayıracaqlarını söylədi. Bizim podratçı türk şirkətlər də “əgər planlar həyata keçərsə, bu işləri 1-1,5 ildə başa çatdırarıq”, - deyirlər". AYNA xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərdən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsində deyib.
Ərdoğan Şuşanın inkişafından danışarkən qeyd edib ki, Türkiyə Şuşada baş konsulluq açacaq.