“Onların Ukrayna müharibəsində vasitəçilik etməmələri təxribatçılıqdır”
“Ukrayna münaqişəsi fonunda Qərb dövlətləri tərəflər arasında vasitəçi rolundan imtina edərək təxribat xarakterli hərəkətləri aktivləşdirdilər. Və Türkiyə bu rolu öz üzərinə götürdü”. AYNA “TRT Haber”ə istinadən bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ərzurumda gənclərlə görüşündə deyib.
“2022 həqiqətən hadisələrlə dolu il oldu. Mən indicə bir tərəfdən Qara dənizdə təbii qazla bağlı insidenti, digər tərəfdən Ukraynadakı münaqişəni qeyd etdim”, - Prezident qeyd edib.
Türkiyə lideri söyləyib ki, Ankara Ukrayna taxılının ixracı ilə bağlı razılaşma çərçivəsində ən yoxsul ölkələrin daha çox ərzaq almasını təmin etməyə çalışıb: “Amma ixrac edilən yüklərin 44 faizi Avropaya, 16 faizi Türkiyəyə gəlib. Afrika ölkələri isə cəmi 14 faizi alıb”.
“Gübrə ixracı mövzusu daha aktual məsələdir. Rusiya və Türkiyənin bu istiqamətdə tədbirlər görəcəyinə ümid edirəm”, - Ərdoğan əlavə edib.