Ərdoğan: “NATO ölkələrinin Ukraynaya vermədiyi dəstəyi biz verdik”

Dünya

15.03.2022 - 02:54

Həkimlər Klinikalar SEO Xidməti

Ərdoğan Olaf Şoltsla birgə mətbuat konfransında çıxış edib

"Biz Rusiyaya rəğmən NATO ölkələrinin etmədiklərini Ukrayna üçün biz etdik, o dəstəyimizi göstərdik. Humaitar məsələlərdə də eyni şəkildə 50-ə yaxın humanitar dəstəklə dolu TIR-ı Ukraynaya göndərmişik”.

AYNA-nın APA-ya istinadən xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şolts ilə birgə mətbuat konfransı zamanı deyib.

Rəcəb Tayyib Ərdoğan Rusiyaya qarşı sansksiyaların BMT-nin tələb etdiyi bütün addımlara uyğun atıldığını bildirib.

O, həmçinin, Türkiyənin Rusiyadan silahlar almaq mövzusunu da şərh edib:

“İndiki şərtlər içərisində bunu danışmaq tezdir. Amma şərtlərin nələri gətirib, nələri götürəcəyini bilməliyik”.

Rəcəb Tayyib Ərdoğan əlavə edib ki, Türkiyə ilə Almaniya NATO-nun iki önəmli ölkəsidir və tərəflər bu mövuzda yarana biləcək fürsətləri müzakirə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş