Energetika naziri Qobustanda vətəndaşlarla görüşüb

Xəbərlər

24.01.2025 - 17:55

Həkimlər Klinikalar SEO Xidməti

Pərviz Şahbazov problemlərin həlli üçün müvafiq tapşırıqlar verilib

Energetika naziri Pərviz Şahbazov yanvarın 24-də Qobustanda vətəndaşlarla görüşüb.

Nazirlikdən AYNA-ya verilən məlumata görə, nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə vətəndaşların elektrik enerjisi təchizatı, kabelləşmə, elektrik xətlərinin istismar vəziyyəti, elektrik enerjisindən istifadəyə görə borcun yaranması, qazlaşdırma, qaz kəmərinin yenilənməsi, qaz sayğacının yerdəyişməsi, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Görüşdə Qobustan, Göyçay, Sabirabad, Ağsu, Xəzər və Biləsuvar rayonlarından olan 20 vətəndaş iştirak edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş