Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsində dəyişiklik edilib

Xəbərlər

29.09.2022 - 20:11

Prezident İlham Əliyev Fərman imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

AYNA-nın xəbərinə görə, Fərmana əsasən, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 15 aprel tarixli 510-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alınır:

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

- 3.0.16-cı yarımbəndə birinci halda “dövlət” sözündən əvvəl “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsi nəzərə alınmaqla,” sözləri əlavə edilsin.

- 3.0.45-ci yarımbəndə “sağlamlaşdırılması,” sözündən sonra “sahibkarlığa dövlət köməyinin, o cümlədən” sözləri və “mühafizəsi,” sözündən sonra “Xidmətin maddi-texniki bazasının möhkəmləndirilməsi,” sözləri əlavə edilsin.

Müəllif: Ayna.az