Prezident İlham Əliyev sərəncamlar imzalayıb
Əli Şamil oğlu Həsənov “Şərəf” ordeni ilə təltif edilib. AYNA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Əli Şamil oğlu Həsənov Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif olunub.
Prezident Cavanşir Hümmət oğlu Paşazadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında da Sərəncam imzalayıb.
Sərəncamda Cavanşir Paşazadənin Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edildiyi qeyd olunub.