Əli Əsədov Moskvada Mixail Mişustinlə görüşüb

Xəbərlər

06.10.2022 - 17:42

cedabet dərman SEO Xidməti

Azərbaycan və Rusiya Baş nazirləri arasında görüş olub

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 6-da Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Moskvada Rusiya Hökumətinin sədri Mixail Mişustinlə görüşüb.

Nazirlər Kabinetindən AYNA-ya bildirilib ki, görüşdə Azərbaycan-Rusiya dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.

Moskvada keçirilən 2-ci Xəzər İqtisadi Forumunun əhəmiyyəti vurğulanıb.

Həmçinin ikitərəfli gündəliyin bir sıra praktiki məsələləri, o cümlədən iqtisadi-ticari, nəqliyyat, energetika və humanitar sahələrə aid məsələlər nəzərdən keçirilib.

Əli Əsədov Moskvada Mixail Mişustinlə görüşüb
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş