Eldəniz Əzizli beşinci dəfə dünya çempionu olub

İdman

25.10.2026 - 23:55

Güləşçimiz final görüşündə iranlı Payam Əhmədi ilə üz-üzə gəlib

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli növbəti dəfə dünya çempionu adını qazanıb.

AYNA.AZ Apasport.az-a istinadən xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında qızıl medala sahib çıxıb.

Əzizli final görüşündə iranlı Payam Əhmədi ilə üz-üzə gəlib. Rəqibinə 3:1 hesabı ilə qalib gələn Azərbaycan güləşçisi karyerasında beşinci dəfə dünya çempionu tituluna yiyələnib.

Qeyd edək ki, bu gün Azərbaycanın daha bir yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) da qızıl medal uğrunda mübarizə aparacaq. Onun finaldakı rəqibi moldovalı Aleksandrin Qutu olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş