Əks-kəşfiyyatın rəhbəri: “İsrail dünyadakı HƏMAS üzvlərinin hamısını məhv edəcək”

Dünya

04.12.2023 - 11:48

Həkimlər Klinikalar SEO Xidməti

İsrail rəsmisi bir neçə il çəksə belə, bütün HƏMAS üzvlərinin məhv ediləcəyini söyləyib

İsrail Fələstinin radikal HƏMAS hərəkatının dünyadakı bütün üzvlərini məhv etmək qərarı verib. AYNA “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Bar deyib.

Bar xatırladıb ki, ölkə hakimiyyətinin qarşısına qoyduğu məqsəd var: “Və biz bunu etmək niyyətindəyik. Hər yerdə - Qəzza zolağında, İordan çayının qərb sahilində, Livanda, Türkiyədə və Qətərdə, digər yerlərdəki HƏMAS üzvləri məhv edilməlidir”.

İsrail rəsmisi bir neçə il çəksə belə, bütün HƏMAS üzvlərinin məhv ediləcəyini söyləyib.

Bundan əlavə, ölkənin əks-kəşfiyyatının rəhbəri oktyabrın 7-də HƏMAS-ın hücumu ərəfəsində kəşfiyyat xidmətinin uğursuzluğunu etiraf edib, lakin deyib ki, səhvlərindən nəticə çıxarıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş