Əhaliyə hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Xəbərlər

02.01.2022 - 15:56

cedabet dərman SEO Xidməti

Rayonlarda havanın bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir

Bakıda və Abşeron yarımadasında yanvarın 2-si axşamdan 3-ü günün ikinci yarısınadək şimal-qərb küləyinin saniyədə 15-20 metr, arabir saniyədə 23-25 metr, yanvarın 4-də isə cənub-qərb küləyinin saniyədə 15-20 metr, arabir saniyədə 23 metrədək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Azərbaycanın rayonlarında yanvarın 2-si axşamdan 3-ü günün ikinci yarısınadək və 4-ü axşam havanın bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Yanvarın 2-4-də qərb küləyi arabir saniyədə 15-20 metr, ayrı-ayrı yerlərdə arabir saniyədə 23-28 metrədək güclənəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş