Əfqanıstanda məsciddəki partlayışda 47 nəfər ölüb

Dünya

02.09.2022 - 21:33

Həkimlər Klinikalar SEO Xidməti

Partlayıcı qurğu kamikadze tərəfindən işə salınıb

Əfqanıstanın Herat vilayətində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 47-yə çatıb, azı 80 nəfər yaralanıb.

AYNA xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Qeyd edək ki, Herat vilayətinin Quzar kəndindəki məsciddə güclü partlayış baş verib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, partlayıcı qurğu kamikadze tərəfindən işə salınıb. Ölənlər arasında məscidin imam-xətibi Mühaib Urrəhman Ənsari də var.

Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş