Əfqanıstanda məsciddə partlayış: 18 nəfər həlak olub

Dünya

02.09.2022 - 17:21

Həkimlər Klinikalar SEO Xidməti

Tanınmış vaiz Mucibur Rəhman Ənsari də öldürülüb

Sentyabrın 2-də Əfqanıstanın Herat şəhərində məscidin yaxınlığında partlayış baş verib. AYNA xarici mediaya istinadən bildirir ki, hadisə nəticəsində "Taliban" tərəfdarı olan tanınmış vaiz Mucibur Rəhman Ənsari də daxil olmaqla, ən azı 18 nəfər həlak olub. “Əl Ərəbiyyə”nin məlumatına görə, daha 21 nəfər yaralanıb.

"İmam Mucibur Rəhman Ənsari, onun bir neçə mühafizəçisi və mülki şəxs məscidə gedərkən öldürülüb", - deyə yerli polis sözçüsü Mahmud Rəsuli bildirib.

"Taliban" sözçüsü Zabihullah Mücahid vaizin öldürülməsi ilə bağlı “dərin başsağlığı” ifadə edib və ona hücum edənlərin cəzalandırılacağını bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş