Dünyada pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır

Dünya

15.02.2022 - 07:39

Həkimlər Klinikalar SEO Xidməti

Yoluxma sayına görə ABŞ liderliyi qoruyub

Dünyada təsdiqlənmiş koronavirus infeksiyasına yoluxma hallarının sayı 410 milyonu, ölənlərin sayı isə 5,81 milyonu keçib.

AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, ÜST virusa 410 565 868 yoluxma və 5 810 880 ölüm barədə məlumat alıb. Ötən gün ərzində yoluxanların sayı 1 655 868 nəfər, ölənlərin sayı 8 654 nəfər artıb.

ÜST-yə məlumat verilən ən çox təsdiqlənmiş yoluxma halları ABŞ-dadır - 76 983 188 nəfər. Siyahıda ikinci yerdə Hindistan (42 665 534 yoluxma), həmçinin sonrakı yerlərdə Braziliya (27 425 743), Fransa (21 106 470) və Böyük Britaniyanın (18 306 863) adları qərarlaşıb. Ən çox ölüm halları da ABŞ-dadır - 910 982. İkinci sırada Braziliya (638 048), üçüncü yerdə Hindistan (509 011) qərarlaşıb. Siyahıda bu ölkələrdən sonra Rusiya (340 931) və Meksika (312 697) qərarlaşıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş