"Dünya müharibənin tez bitməsini istəyirsə, bizə silah verməlidir"

Dünya

08.04.2022 - 05:43

Həkimlər Klinikalar SEO Xidməti

Ukrayna Prezidenti təslim olmaq fikrində olmadığını deyib

"Dünya müharibənin daha tez bitməsini istəyirsə, onda bizə silah verməlidir".

AYNA Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodmir Zelenski Hindistan mətbuatına verdiyi açıqlamada deyib.

Onun sözlərinə görə, dünya liderlərinin Ukraynaya silah ötürməməsi müharibənin uzanmasına səbəb ola bilər.

"Təslim olmaq fikrində deyilik, lakin ağır silahlar olmadan bu proses uzun çəkəcək. Biz cavab verəcəyik, texnikanı təmir edəcəklər, ordu quracaqlar, yenidən bizə hücum edəcəklər, müəyyən şəhərləri yenidən işğal edəcəklər. Ona görə də ağır silahlar olmadan müharibə uzunmüddət davam edəcək”, - Zelenski bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş