Dövlət Agentliyi sürücülərə müraciət edib

Xəbərlər

01.01.2022 - 19:06

Həkimlər Klinikalar SEO Xidməti

Bu yolda tuneldə işıqlandırma sisteminin təmiri işləri həyata keçiriləcək

2 yanvar tarixində saat 12:00-dan axşam saatlarına qədər Ziya Bünyadov prospektinin Koroğlu qovşağından 20 Yanvar dairəsi istiqamətində olan hissəsində yerləşən 1-ci tuneldə işıqlandırma sisteminin təmiri işləri həyata keçiriləcək. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, sözügedən müddət ərzində tunellə avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılaraq prospektin yan yoluna yönləndiriləcək: "Sürücülərdən qeyd edilən zaman çərçivəsində sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş