Saziş müdafiə sənayesində əməkdaşlığı gücləndirməyi hədəfləyir
Türkiyə, Qətər, Pakistan və İndoneziya arasında anlaşma memorandumu bu gün Qətərin Doha şəhərində imzalanacaq. Saziş müdafiə sənayesində əməkdaşlığı gücləndirməyi hədəfləyir.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Türkiyə Müdafiə Sənayesi Rəyasətliyi tərəfindən əlaqələndirilən təşəbbüs birgə istehsal, texnologiya transferi, tədqiqat və inkişaf, eləcə də təchizat zəncirinin inteqrasiyasını əhatə edir.
Dörd ölkə arasında əməkdaşlığın mövcud layihələr üzərində qurulacağı bildirilir. Xüsusilə, Türkiyənin Pakistanla birgə hərbi gəmilərin inşası layihələrini həyata keçirməkdə, eləcə də İndoneziya ilə birgə KAPLAN MT orta tankının hazırlanmasında təcrübəsindən istifadə edilməsi planlaşdırılır.
Qeyd edək ki, Türkiyənin müdafiə və aviasiya ixracatı 2023-2026-cı illər arasında 30 milyard dolları keçib. 2025-ci ildə ixracat əvvəlki ilə nisbətən 48% artaraq 10 milyard dolları keçib.