DİQQƏT: Abituriyentlər üçün həyati əhəmiyyətli tövsiyələr

Cəmiyyət

10.09.2020 - 15:19

“Kənar təsirlərdən asılı olmadan gələcək karyeranızın məsuliyyətini öz üzərinizə götürməlisiniz”

 

Sentyabrın 10-dan universitetlərə ixtisas seçimi başlayıb. Seçim sentyabr ayının 20-si saat 23:59-a qədər davam edəcək.

 

Hər il olduğu kimi, bu il də abituriyentlər və valideynlər həyəcanlanlıdırlar. Çünki abituriyentlər 11 il orta məktəbin özündə, 2-3 il repetitor yanında təhsil alıb, ali məktəbə hazırlaşıblar. Valideynlər də bu yolda maddi-mənəvi çox əziyyət çəkiblər. Nəticə isə bu günlərdə bəlli olacaq.

 

Təbii ki, hər kəs istəyir, yaxşı universitetə, yaxşı ixtisasa qəbul olsun. Bunun üçün isə qəbul imtahanında yüksək bal yığmaq kifayət etmir. Həm də gərək ixtisas seçimində diqqətli olasan. İxtisas seçimində diqqətli olmaqla bağlı müəlimlər və eləcə də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən xəbərdarlıq edilir, tövsiyələr verilir. Ötən gün DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyentlərə və onların valideynlərinə müraciət edib, bütün abituriyentləri ixtisas seçimində diqqətli olmağa çağırıb, hər kəsə ixtisas seçimini özünün etməsini, başqasına həvalə etməməsini məsləhət görüb.

 

AYNA mövzu ilə bağlı müyəxəssislərə müraciət edib, ixtisas seçimində abituriyentlərin diqqət etməli məqamlara aydınlıq gətirib.

Mayın sonunda da dərslərin başlanması gözlənilmir”- PROQNOZ - AzEdu.az  AZƏRBAYCAN TƏHSİL PORTALI

Təhsil eksperti Elçin Əfəndi ixtisas seçimində abituriyentlərin xüsusi olaraq diqqət etməli olduqları məqamlara toxunub: “İxtisaslar üzrə 2-3 il öncəki ballara baxmaq və müqayisə edərək bunun əsasında seçim etmək lazımdır. Yaxşı olar ki, abituriyentlər ixtisas seçimində mütəxəssislərə müraciət etsinlər. Seçim edərkən ailə büdcəsini nəzərə almaq önəmlidir. Dövlət sifarişli və ödənişli əsaslarla ixtisaslar seçiləcəksə, həmin ixtisasın qarşısındakı punkta diqqət etsinlər ki, səhvə yol verməsinlər”.

 

“Abituriyentlərin nəticələrinə ümumi baxası olsaq, ötən ildən çox da fərqlənmir. Ötən illə müqayisədə abituriyentlərin nəticələrində elə ciddi fərq yoxdur. Əsasən, 550 baldan yuxarı toplayanların seçəcəkləri ixtisaslar üzrə keçid ballarında enmə müşahidə oluna bilər. Lakin 200-550 aralığında bal toplayanların sayı, elə demək olar, ötən illə eynidir. Yəni, pandemiya bir o qədər də təsir etməyib”, - E.Əfəndi deyib.

No description available.

Təhsil sahəsi üzrə daha bir ekspert Adil Vəliyev pandemiyanın rəqabətə necə təsir edəcəyinə diqqət çəkib: “Bu il pandemiya abituriyentlərin topladığı bala kifayət qədər təsir etdi. Bütün qruplar üzrə 250 baldan aşağı toplayan abituriyentlərin sayı çoxdur. Ötən illərlə müqayisə etsək, bu il Azərbaycan universitetlərinə üz tutan tələbələrin sayında çoxluq olacağı gözlənilir, çünki sərhədlər bağlıdır və pandemiya hələ də davam edir. Buna görə də artan rəqabət mühiti abituriyentlərdən ixtisas seçimində daha diqqətli olmağı tələb edir”.

 

“Statistika jurnalları hələ də çap edilməyib. Abituriyentlərə məsləhətim - ötən ilin plan yerləri və keçid ballarını nəzərə alaraq seçim etmələridir. Bütün qruplar üzrə abituriyentlər yaxşı olar ki, topladıqları balları nəzərə alaraq, 20-30 bal yuxarı və eyni zamanda da 30-70 bal aşağı ixtisasları da mütləq qeyd etsinlər”, - Vəliyev fikrini yekunlaşdırıb.

 

Doğrudur, günümüzün reallığında universitet adı və diplom xatirinə təhsil alanlar da var. Lakin bu məsələyə daha müdrik yanaşaraq ixtisasını həvəslə oxumaq istəyən, gələcəkdə seçdiyi sahədə uğurlu olmağının bugünkü seçimindən asılı olduğunu dərk edən abituriyentlər də kifayət qədərdir. Elə həmin insanlara da faydalı olsun deyə, şəxsi inkişaf məsləhətçisi (yaşam koçu) Aysel Camallının tövsiyələrini dinləmək maraqlı olar.

No description available.

O, abituriyentlərə doğru ixtisas seçimini necə etməli olduqları ilə bağlı məsləhətlər verib: “Doğru ixtisas seçimi üçün ilk növbədə şəxs (abituriyent) özünə bu sualları verməlidir: Mən nə istəyirəm, harada olmaq istəyirəm? Özümü hansı sahədə görə bilirəm? Mən hansı işi digərlərindən daha yaxşı və ya fərqli edirəm? Özümə hansı mövzuda daha çox güvənirəm? Hansı mövzuda daha çox yorulmadan oxuya, araşdırmalar edə və danışa bilərəm? Bu suallar əsl istəyinin ortaya çıxmasında və fikirlərinə müəyyən aydınlıq gətirməsində kömək olacaq. Eyni zamanda, abituriyent seçdiyi sahənin maraqlarına uyğun olması ilə yanaşı, bacarıqları ilə də üst-üstə düşüb-düşmədiyinə diqqət etməlidir. Kənar təsirlərdən asılı olmadan gələcək karyerasının məsuliyyətini öz üzərinə götürməlidir”.

 

“Abituriyent nəzərə almalıdır ki, indi seçdiyi sahədə gələcəkdə “vizyonunu” yaradacaq. Buna görə özünü seçdiyi sahədə necə təsəvvür etdiyi, işində məmnunluq hissinin olub-olmayacağı, zövq alıb-almayacağına dair də düşünməlidir. Abituriyentlərin ixtisas seçimindən əvvəl özlərinə qeyd etdiyimiz sualları verərək cavablandırmağı onlara daha doğru seçim etməkdə kömək edəcək”, - Camallı əlavə edib.

 

Qeyd edək ki, abituriyentlər ixtisas seçimində 15 yer yaza bilərlər. I, II, III, IV ixtisas qrupları üzrə dövlət sifarişli yerlər üzrə müsabiqəyə ümumi balı 200, blok imtahan mərhələsində isə 100 baldan az olayan abituriyentlər buraxılır. Eyni zamanda, həmin qeyd olunan ixtisas qrupları üzrə 150 ballıq ixtisasların müsabiqəsinə blok imtahanında nəticəsi 50 baldan az olmayan abituriyentlər buraxılırlar. Abituriyentlər 150 ballıq ixtisaslarda ancaq ödənişli əsaslarla, bəzi ixtisaslar üzrə isə yalnız dövlət sifarişli əsaslarla iştirak edə bilərlər.

Müəllif: Aləmdə Nəsib