“Qanunsuz odlu silahlar könüllü veriləcəyi təqdirdə cəza təhdidi yaranmır”
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib. AYNA xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev paylaşım edib.
Paylaşımda bildirilir ki, qanunsuz odlu silah saxlayanlar onu təhvil verməlidirlər: “Qanunsuz odlu silahlar könüllü veriləcəyi təqdirdə cəza təhdidi yaranmır. Başqa sözlə, könüllü təhvil verilsə, DİN həmin şəxsə təşəkkür edəcək”.