DİN-dən özünə xəsarət yetirən qadın barədə açıqlama

Xəbərlər

14.11.2021 - 13:49

Həkimlər Klinikalar SEO Xidməti

Onun barəsində heç bir inzibati, cinayət icraatı yoxdur”

“İorina Natalya Vyaçeslavovna barəsində heç bir inzibati, cinayət icraatı yoxdur. Onun özünə xəsarət yetirməsinin qarşısını almaq məqsədilə polis şöbəsinə dəvət olunaraq, həkim nəzarətinə verilib”.

AYNA-nın xəbərinə görə, bu barədə DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

“Hazırda sağlamlıq vəziyyəti sabitdir. Bu saatlarda yaşadığı ünvana göndərilməsi təmin olunacaq. Onun siyasi baxışlarına görə saxlanılması ilə bağlı sosial şəbəkə seqmentlərində yayılan iddialar əsassızdır. Onu narahat edən hallarla bağlı araşdırmalar davam etdirilir”, - nazirliyin şöbə rəisi əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş