Elşad Hacıyev məktəblərdə "patı"satılması ilə bağlı iddiaların əsassız olduğunu deyib
“Konkret fakt verən yoxdur. Danışırlar, yazırlar ki, məktəbdə “patı” var, patı satırlar. Polis münəccimlik etməlidir? Faktsız olan bütün iddialar əsassızdır”.
AYNA xəbər verir ki, bunu DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
“Məktəbi, təhsili, müəllimi qorumaq hər bir vətəndaşın təməl vəzifəsidir”, - polis mayoru əlavə edib.