Boğazadək zibilin içindədirlər

Cəmiyyət

21.12.2019 - 11:00

Bölgələrdə standartlara uyğun poliqon, ərazidən tullantını daşıyacaq qurum və tullantıları emal edən müəssisələr yoxdur

 

Ekologiya və ətraf mühitin zərər görməsi ilə bağlı problemlər bu gün də öz aktuallığını qoruyub saxlayır. Ekoloji vəziyyəti yaxşılaşdırmaq, sanitariya mədəniyyətini yüksəltmək daim diqqət mərkəzində olsa da, bu istiqamətdə yenə də böyük problemlər meydana gəlir.

 

Belə problemlər, əsasən bölgələrdə qeydə alınır. Belə ki, əksər rayon, qəsəbə və kəndlər tullantılardan meydana gələn zibilliklərin içində əziyyət çəkir. Çünki bölgələrdə standartlara uyğun poliqon, ərazidən tullantını daşıyacaq qurum və tullantıları emal edən müəssisələr yoxdur.

 

Bu baxımdan bölgələrdə yaşayan insanlar antisanitar şəraitlə demək olar ki, hər gün üz-üzə qalırlar. Bu isə insanlara zərər vurmaqla yanaşı, həm də ekologiya və ətraf mühitin ciddi zərər görməsinə səbəb olur. Məsələ öz həllini tapmır ki, tapmır.

Raminə Eyvazqızı