Həyatda nəyə nail olmuşamsa, bunda Azad müəllimin olduqca böyük rolu və zəhməti var
Bu gün əziz müəllimim, elmi rəhbərim Azad Mirzəcanzadənin (29.09.1928 - 17.06.2006) doğulduğu gündür. Görkəmli alim, akademik A.Mirzəcanzadə atam - elmlər doktoru, professor Nəbi Yaqubovun da elmi rəhbəri olub. Atam Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tələbəsi ikən, Azad Mirzəcanzadə universitetin Nəzəri mexanika kafedrasının dosenti idi.
Elə o vaxt başlayan müəllim-tələbə münasibətləri daha sonra müəllim-aspirant münasibətlərinə keçib. Atam əvvəlcə Azad müəllimin elmi rəhbərliyi altında namizədlik, ardınca da doktorluq dissertasiyası müdafiə edərək uzun illər bərabər bir institutda - o vaxtkı adı ilə Azərbaycan Neft və Kimya İnstitutunda çalışdılar.
İbrahim Nəbioğlu
Pin up casino Pin-up casino giriş