Əlil uşaqlarına “böyük qayğı”

Cəmiyyət

05.11.2019 - 11:36

Əlilliyi olan ailələrin övladlarına ayda 15 manat müavinət, beynəlxalq tədbirlər üçün isə illik 221,5 milyon manat ayrılacaq

 

Müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin uşaqlarına 2018-ci il martın 1-dən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respiblikası Prezidentinin 23 fevral 2018-ci il 3711 nömrəli Sərəncamına əsasən, 10 faiz artırılaraq, müavinət 15 manat məbləğində müəyyənləşdirilib.

 

2020-ci ilin büdcəsində müharibə və 20 yanvar hadisəsi zamanı əlil olan ailələrin uşaqlarına aylıq müavinətin 1 il ərzində ödənilməsi üçün 2 milyon 791 min 800 manat nəzərdə tutulub. Bu məbləği hər uşaq üçün 100 manata çatdırmaq 18 milyon 612 min manat vəsait tələb olunur.

 

Halbuki, gələn ilin büdcəsindən yalnız xarici dövlətlərə və beynəlxalq təşkilatlara verilən qrantlar və digər ödənişlər üçün 12 milyon 620 min manat ayrılacaq. Çox güman ki, bu vəsait hesabına xaricdə kilsələr təmir olunacaq, onlar pulsuz qazla təhciz ediləcək.

 

Bundan əlavə, gələn il Azərbaycan ev sahibliyi edəcəyi beynəlxalq səviyyəli tədbirlərin keçirilməsinə 221,5 milyon manat xərcləməyi planlaşdırır. Bütün bunların da müqabilində əlil uşaqlarına ayda 15 manat müavinət verilir.

 

"Böyük qayğı"dır, xərcləməklə qurtarmaz!

Müəllif: Qubad İbadoğlu, iqtisadçı-alim