Sumqayıt Azər Kimya zavodunda monitorinq aparılıb - <font color=red> kəskin iy-qoxuya görə...</font>

Cəmiyyət

16.11.2019 - 19:43

Ətrafda monitorinq və araşdırmalar aparılıb,  atmosfer havasından nümunələr götürülüb

 

Sumqayıtda Azər Kimya İstehsalat Birliyinin Etilen-Polietilen zavodu ətrafında havada qeydə alınan kəskin iy-qoxu ilə bağlı daxil olan məlumat əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları hadisə yerində olub.

 

AYNA xəbər verir ki, hazırda kəskin iy-qoxunun yayıldığı ərazidə və ətrafda monitorinq və araşdırmalar aparılıb,  atmosfer  havasından nümunələr götürülüb.

 

ETSN-nin Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov jurnalistlərə bildirib ki, aparılan araşdırmalar və götürülən nümunələr əsasında ətrafa yayılan iy-qoxunun mənşəyi, ətraf mühitə təsirləri barədə rəy veriləcək.

 

Hazırda araşdırmalar davam etdirilir.

 

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə