Ekspert: "Texniki mərtəbədən “qaraj” alan mülkiyyətçilərin pulları batacaq”
Məlum olduğu kimi, Prezident İlham Əliyev 29 mart 2019-cu il tarixində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, yeni tikilən binalara çıxarışların verilməsinə başlanıb. Sakinləri tək mənzillərinə alacaqları çıxarışlar yox, həm də aldıqları qaraj yerlərinə veriləcək çıxarışlar maraqlandırır.
Belə ki, binaların qarajlarının qiymətləri şəhərin yerindən asılı olaraq dəyişir. Qiymətlər 10-25 min manat arasıdır.
Yeni tikilən binalardakı bir çox mənzil sahibləri avtomobillərini saxlamaq üçün binanı inşa edən şirkətə vaxtilə 10-25 min arasında dəyişən məbləğdə ödəniş edərək avtomobilini saxlamaq üçün yer alıblar. İndi onları həmin yerlərə çıxarışın verilib-verilməyəcəyi maraqlandırır.
AYNA-nın əməkdaşı həmin sakinləri narahat edən suallara aydınlıq gətirməyə çalışıb.
Təranə Xudabaxşiyeva