Hansı avtomobillər küçələrdən daşınacaq – <font color=red> İSTİSNALAR VAR</font>

Cəmiyyət

28.06.2019 - 17:54

BNA: Heç də bütün avtomobillər təxliyə olunmayacaq

 

Xəbər verdiyimiz kimi, bu gündən etibarən düzgün park edilməyən avtomobillərin təxliyyəsinə başlanıb. Məsələ sosial şəbəkə istifadəçiləri tərəfindən də geniş müzakirə olunur. Müzakirə zamanı bəzi sürücülər qeyd ediblər ki, qadağan olunmuş bütün avtomobillər həmin ərazilərdən təxliyə olunacaq.

 

AYNA-nın əməkdaşı məsələni dəqiqləşdirmək üçün Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevə müraciət edib. O bildirib ki, qanunla qadağan edilmiş yerlərdə parklanan avtomobillər cərimə olunacaq.

 

“Parklaması qadağan olunan ərazidə saxlanan bütün avtomobillər cərimə olunur. Cərimələr isə fərqli olur. Yerindən asılı olaraq cərimələr 20-40 manat arası dəyişir. Yəni heç də bütün avtomobillər evakuasiya olunmayacaq. Yalnız piyada və sürücülərin hərəkətinə mane törədən avtomobillər təxliyyə ediləcək” – deyə Ağayev bildirib.

Müəllif: Təranə Xudabaxşiyeva