Bakı küçələrində ölüm ruzgarı - <font color=red> Sarıjiletlilərin faciəsi davam edir</font>

Cəmiyyət

06.11.2019 - 16:16

Vaqif Əsədov: “Bəzən öz təqsirləri üzündən həlak olurlar”

 

Bu günlərdə Bakıda daha bir süpürgəçi qadın həlak olub. 1979-cu il təvəllüdlü qadın, yolda işini icra edərkən avtomobil tərəfindən vurulub.

 

Yol təmizliyi ilə məşğul olan işçilərin bu cür şəraitdə dünyalarını dəyişmələri tez-tez baş verir. Bütün bu hallar onların təhlükəli şəraitdə işləmələrindən irəli gəlir.

 

Xatırlayırsınızsa, ötən ilin aprelində Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi (DYP) yol işçilərinin ölüm hallarının qarşısının alınması üçün onlara xüsusi jiletlər paylamışdı. Buna baxmayaraq, həmin jiletlər də fayda vermir - ölüm halları yenə davam edir.

 

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov AYNA əməkdaşı ilə söhbətində deyib ki, bəzən yolu süpürənlərin özlərində də təqsir olur: “Belə vəziyyətlərə təəssüflənirik. Çox halda onlar yolun hərəkət hissəsində dururlar. Bu zaman sürətlə keçən maşınların qurbanı olmaq ehtimalları çoxalır. Dəfələrlə özüm görmüşəm. Onların vurulmasında sürücülər də təqsirkar ola bilər, amma sürücülər üçün artıq xüsusi yol nişanları qoyulub, işıq sistemlərinə müdaxilələr olunub. Yaxşı olardı ki, həmin işçilər yolu səkidə durmaqla təmizləsinlər”.

Raminə Eyvazqızı