Mənasız suallar verən canlı aparıcıdan Dadaşlinski yaxşıdır

Cəmiyyət

04.10.2019 - 11:59

Həkimlər Klinikalar SEO Xidməti

İTV-nin 3D verilişinin formatı önəmlidir, yoxsa robotun suallarının mahiyyəti?

 

Bəzi millət vəkilləri, tanınmışlar İTV-nin 3D layihəsinə çıxmaqdan imtina ediblər. Düşünürəm ki, bu, doğru bir yanaşma deyil. İTV dövlət büdcəsindən maliyyələşən media qurumudur, bu qurumun fəaliyyəti üçün vəsaitin ayrılmasına elə deputatlar səs veriblər. Sadəcə, elə bu baxımdan onların bu addımı məntiqli görünmür.

 

Eyni zamanda deputatlar, dövlət məmurları, ictimai yük daşıyan şəxslər də onlara ünvanlanan sualları cavablamağa borcludurlar. Sualın hansı formatda verilməsi deyil, mahiyyətcə necə olması daha önəmlidir. Əgər sualda qanunvericiliklə müəyyən olunan qadağalar, etikadan kənar ifadələr, təhqir və böhtan yoxdursa,  o zaman fikrimcə, bu cür ictimai yük daşıyan şəxslərin imtinası doğru yanaşma deyil.

Ayna.az