DİM rəhbəri: “İmtahan zalına silah keçirmək istəyən olub”

Xəbərlər

17.03.2023 - 12:11

Məleykə Abbaszadə: “Biz bu kriminal xronikanı heç vaxt şişirtməmişik, ictimaiyyətə təqdim etməmişik”

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyentlərə imtahan zalında normal şərait yaradıldığını açıqlayıb. AYNA xəbər verir ki, DİM rəhbərinin sözlərinə görə, imtahan qaydalarının polzulması və buna cəhdlər hər zaman olub.

Onun sözlərinə görə, DİM üçün vacib olan odur ki, hər bir abituriyentə imtahan zalında normal şərait yaradılsın: “Bunun üçün imtahan binasına keçən bütün abituriyentlər yoxlanılır. Bu, həm də təhlükəsizlik üçündür".

“Yaxın keçmişdə imtahan zalına silah, qumbara keçirmək istəyənlər də olub. Biz bu kriminal xronikanı heç vaxt şişirtməmişik, ictimaiyyətə təqdim etməmişik. Bu nüansları müvafiq qurumlara tədbir görülməsi üçün demişik", - M.Abbaszadə əlavə edib.

Müəllif: Ayna.az