DİM-də beynəlxalq imtahan keçirilib

Xəbərlər

10.01.2022 - 11:19

Həkimlər Klinikalar SEO Xidməti

İmtahanda 8 nəfər iştirak edib

Dövlət İmtahan Mərkəzində (DİM) ETS-nin (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) kompüter əsaslı növbəti GRE: General Test imtahanı keçirilib. Bu barədə AYNA-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanda 8 nəfər iştirak edib. İmtahan yanvarın 9-da DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin edilib.

İştirakçılar imtahan nəticələrini ETS-nin saytında 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş