Deputatlar İnam Kərimova “hə” dedilər

Xəbərlər

04.04.2023 - 13:32

cedabet dərman SEO Xidməti

Milli Məclisdə nazirin Ali Məhkəmənin hakimi təyin edilməsi təsdiqlənib

Milli Məclisin bu gün keçirilən iclasında kənd təsərrüfatı naziri İnam Kərimovun Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında qərar layihəsi müzakirə edilib.

AYNA xəbər verir ki, iclasda İ.Kərimovun özü də iştirak edib.

Parlamentin vitse-spikeri, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihə haqqında məlumat verərək bildirib ki, İ.Kərimov yüksək hüquqi təhsilə Azərbaycanın və Avropanın aparıcı universitetlərində yiyələnib.

Ə.Hüseynli İ.Kərimovun hüquqşünas alim kimi elmi fəaliyyətindən və dövlətçiliyə xidmətlərindən danışıb.

Bundan sonra İ.Kərimovun Ali Məhkəmənin hakimi təyin olunması ilə bağlı qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş