Dəməşqdə İndoneziya səfirliyi atəşə tutulub

Dünya

09.12.2024 - 12:49

Həkimlər Klinikalar SEO Xidməti

“Hadisə zamanı İndoneziya vətəndaşları xəsarət almayıb”

İndoneziyanın Suriyanın paytaxtı Dəməşqdəki səfirliyi atəşə tutulub. AYNA TASS-a istinadən xəbər verir ki, bunu İndoneziya Xarici İşlər Nazirliyinin (XİN) Vətəndaşların Müdafiəsi Departamentinin direktoru Cudha Nuqraha deyib.

“Hadisə zamanı İndoneziya vətəndaşları xəsarət almayıb”, - deyə Nuqraha bildirib.

Onun sözlərinə görə, atışma təsadüfi olub.

Qeyd edək ki, hazırda Suriyada mindən çox indoneziyalı yaşayır. Onlardan 19-u sığınacaq tələbi ilə səfirliklə əlaqə saxlayıb.

Səfirlik Suriyada qarşıdurmanın kəskinləşməsi fonunda ən yüksək həyacan siqnalı verib. İndoneziyalılara ərəb ölkəsi daxilində səyahət etməkdən çəkinmələri tövsiyə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş