Estoniya Parlamenti prezident seçəcək

Dünya

17.06.2026 - 17:10

Parlamentin fövqəladə iclasının vaxtı açıqlanıb

Estoniya parlamenti yeni prezidentin seçilməsi üçün sentyabrın 2-də fövqəladə iclas keçirəcək.

AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, müvafiq qərar Prezident Alar Karisin təklifi əsasında parlamentin sədri Lauri Hussar tərəfindən qəbul edilib.

Estoniya qanunvericiliyinə görə, prezident parlament tərəfindən beş il müddətinə seçilir. Hazırkı Prezident Alar Karisin səlahiyyət müddəti bu payız başa çatır. O, növbəti seçkilərdə namizəd olub-olmayacağı ilə bağlı qərarını iyunun 25-də açıqlayacağını bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş