Ananın vəziyyəti orta ağırdır
Xaçmaz rayonunda dəm qazından boğulma faktı qeydə alınıb. AYNA-nın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Yeni Həyat qəsəbəsində qeydə alınıb.
Kənd sakinləri 1987-ci il təvəllüdlü Nargözəl Əhmədova və qızı 9 yaşlı Maral dəm qazı zəhərlənməsi diaqnozu ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Göstərilən ilkin tibbi yardım və reanimasion tədbirlərə baxmayaq, uşağın həyatını xilas etmək mümkün olmayıb. Nə.Əhmədovanın vəziyyəti orta ağırdır.