Dayan Sayre: “ABŞ-da seçki debatları şouya çevrilib”

Dünya

27.06.2024 - 15:09

Həkimlər Klinikalar SEO Xidməti

“Bu günlərdə ciddi müzakirələr görəcəyimizi düşünmürəm”

“ABŞ-da prezident seçkiləri ilə bağlı debatlar əyləncəli şouya çevrilib”. AYNA xəbər verir ki, bu sözləri “RİA Novosti”yə açıqlamasında amerikalı siyasətçi, Nyu-York ştatından senatorluğa müstəqil namizəd Dayan Sayre deyib.

“Bu günlərdə ciddi müzakirələr görəcəyimizi düşünmürəm. Çünki indi prezidentliyə namizədlərin debatları bir şoudur”, Sayre vurğulayıb.

Sayre ABŞ-da prezident seçkilərinin nəticəsini proqnozlaşdırmaqdan imtina edib. Onun sözlərinə görə, ölkə çətin bir təlatüm dövrünü yaşayır və hər şey ola bilər.

Bundan əvvəl CNN məlumat yayıb ki, ABŞ-da ən yüksək vəzifəyə seçki debatları yarım əsrdən sonra ilk dəfə tamaşaçısız keçiriləcək. İyunun 27-də Ağ Evin hazırkı rəhbəri, demokrat Co Bayden və onun rəqibi, keçmiş prezident Donald Tramp boş bir studiyada görüşəcək və bir saat yarım ərzində öz mövqelərini ifadə edəcəklər. İctimaiyyət bu qərarın uğurlu olmasını tamaşaçıların tez-tez namizədlərə müdaxilə etməsi ilə izah edib.

Müəllif: Ayna.az