Daha bir idman liqasının idarə heyətində dəyişikliklər olacaq

İdman

23.12.2021 - 12:11

Liqaya yeni İdarə Heyətinin seçilməsi yanvar ayının ilk günlərində nəzərdə tutulur

Azərbaycan Peşəkar S-1 Döyüş Liqasının idarə heyəti istefaya buraxılıb.

AYNA-ya Azərbaycan Peşəkar S-1 Döyüş Liqasından verilən məlumata görə, peşəkar idmançıların döyüşdüyü Azərbaycan Peşəkar S-1 Döyüş Liqası 1 vitse- prezident Tofiq Mahmudzadə,  vitsa-prezident Xəyal Quliyev, hüquq məsələləsi üzrə vitse-prezident Vüqar Nəcəfov, hüquq məsələləsi üzrə vitse-prezident köməkçisi Elçin Maksudov ,baş katib Zaur Əsgərov, texniki direktor Füzuli Vəliyevin yer aldığı idarə heyəti bu gündən etibarən fəaliyyətini dayandırıb.


Liqaya yeni idarə heyətinin seçilməsi yanvar ayının ilk günlərində nəzərdə tutulur.

 

Müəllif: Ayna.az