“Neftçi” azarkeşlərinin gözlədiyi xəbər

İdman

05.08.2019 - 17:26

“Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Bney Yehuda” oyunu saat 21:00-da başlayacaq

 

Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Bney Yehuda” (İsrail) oyununun biletləri bu gün satışa çıxarılıb. 

 

AYNA xəbər verir ki, matçı izləmək istəyənlər 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3A, 3B), 20 (VİP) və ya 100 (SKYBOX) manat ödəməli olacaqlar.

 

Biletləri “Bakcell Arena” stadionunun kassalarından əldə etmək mümkündür. Bu gün saat 16:00-dan sonra isə biletlər “Rahat market”in “Baku MALL” (Qələbə dairəsi), Azadlıq prospekti 116 (47 saylı məktəblə üzbəüz), “Mega City” ticarət mərkəzi (Xırdalan şəhəri), “Şahənşah” şadlıq sarayının 1-ci mərtəbəsi (“Azadlıq” metrostansiyasının yanı), “Metropark” mağazalarında və “Mega Store”da (Bakıxanov qəsəbəsi) satışda olacaq. Kassalar hər gün saat 10:00-dan 21:00-dək işləyəcək. Oyun günü biletlər yalnız “Bakcell Arena”nın kassalarında satılacaq.

 

Qeyd edək ki, avqustun 8-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Bney Yehuda” oyunu saat 21:00-da başlayacaq. (APA)

Müəllif: Ayna.az