Tərlan Osmanovla vida mərasimi sabah Kiyevdə keçiriləcək
Ukrayna müharibəsində daha bir azərbaycanlı döyüşçü həlak olub. AYNA xəbər verir ki, bu barədə Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli bildirib.
"Ukraynanın ərazi-bütövlüyü və suverenliyi uğrunda canından keçən Tərlan Eyvaz oğlu Osmanovla vida mərasimi 19.09.2023-cü il tarixdə, sübh tezdən 10-00 da Kiyevin Mixaylovski meydaninda keçiriləcəkdir. Ukraynada yaşayan soydaşlarımızın anım tədbirində iştirakı arzuolunandır. Gəlin şəhidimizi adına layiq şəkildə son mənzilə yola salaq. Ruhuna sayğılar", - deyə jurnalist vurğulayıb.
Qeyd edək ki, müharibə başlayandan bu yana 38 nəfər azərbaycanlı Ukraynanın ərazi bütövlüyü uğrunda həlak olub.