Həlak olan hərbçilərin cəsədlərinin təhvili üçün növbəti əməliyyat keçirilib
Müharibədə həlak olan daha 25 ukraynalı hərbçinin cəsədi Ukraynaya qaytarılıb. AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiyası Nazirliyi "Telegram"da məlumat paylaşıb.
"Həlak olan hərbçilərin cəsədlərinin təhvili üçün növbəti əməliyyat keçirilib. Ukrayna daha 25 müdafiəçisinin cəsədini qaytarıb", - məlumatda deyilir.
Əməliyyatın itkin düşmüş şəxslər üzrə müvəkkil Oleq Kotenko və Ukraynanın hüquq-mühafizə orqanlarının əməkdaşlığı ilə həyata keçirildiyi qeyd edilib.
Məlumatda bildirilib ki, meyitlərin qaytarılması prosesi Cenevrə Konvensiyasının normalarına uyğun olaraq baş verir.