Dağıstandakı terrorlarda 20 nəfər həlak olub

Dünya

24.06.2024 - 10:54

Həkimlər Klinikalar SEO Xidməti

Hücumun qurbanları arasında hüquq-mühafizə orqanlarının 17 əməkdaşı da olub

Dərbənd və Mahaçqalada törədilən terror aktlarında həlak olanların sayı 20 nəfərə çatıb. AYNA xəbər verir ki, bu barədə mənbələrinə istinadən “112” “Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, hücumun qurbanları arasında hüquq-mühafizə orqanlarının 17 əməkdaşı da olub.

Həmçinin, kanalın məlumatına görə, 37-si hüquq-mühafizə orqanlarının əməkdaşı olmaqla 44 nəfər xəsarət alıb.

Qeyd edək ki, iyunun 23-ü axşam saatlarında silahlı yaraqlılar Mahaçqala və Dərbənddə iki pravoslav kilsəsinə, sinaqoqa və yol polisi postuna hücum ediblər. Dərbənddə kilsənin rəhbəri, 66 yaşlı Nikolay Kotelnikov və mühafizəçi ölüb. Cinayətkarlar sinaqoqa da hücum ediblər və nəticədə sinaqoq yanıb. Dərbənddə həmkarlarına kömək etməyə gələn Dağıstan İşıqları polis idarəsinin rəisi, polkovnik-leytenant Mavludin Xıdırnəbiyev də dünyasını dəyişib.

Mahaçqala və Dərbənddə 6 terrorçu məhv edilib. Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, hücum edənlər beynəlxalq terror təşkilatının tərəfdarlarıdır.

Dağıstanın rəhbəri Sergey Melikovun operativ qərargahın iclasında bildirib ki, respublikada 15-dən çox hüquq-mühafizə orqanı əməkdaşı terror aktlarının qurbanı olub. Ölənlər arasında bir neçə yerli sakin də var.

Dağıstanda 24, 25 və 26 iyun matəm günləri elan edilib.

Milli Antiterror Komitəsinin (MSK) informasiya mərkəzi iyunun 24-də Mahaçqala və Dərbənddə keçirilən antiterror əməliyyatını başa çatdırdıqları barədə məlumat yayıb.

Müəllif: Ayna.az