“Crocus City Hall”la bağlı qərar müzakirə edilir: “Artıq orada konsert zalı olmayacaq”

Dünya

29.06.2024 - 10:54

Həkimlər Klinikalar SEO Xidməti

Moskva vilayətinin qubernatoru “Crocus City Hall”ın bərpası planlarını şərh edib

Bu ilin martında Moskvada terror aktı törədilən və yanan “Crocus City Hall”un yerində konsert zalı bərpa olunmayacaq. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov deyib.

Moskva vilayətinin başçısı vilayət hakimiyyətinin yanmış binanı bərpa etmək planlarını belə şərh edib: “Artıq orada konsert zalı olmayacaq”.

Vorobyov bildirib ki, terror aktından sonra “Crocus City Hall”lın konsert zalının yerində ictimai part və ya qış parkı tikilə bilər: “İndi bu terror aktı zamanı həlak olanların xatirəsini ehtiramla yad edəcək bir mədəniyyət obyekti olan park və ya qış parkının yaradılması ideyası sahibi ilə müzakirə edilir”.

İyunun əvvəlində Moskva vilayətinin başçısı konsert zalının yerində abidə olan parkın yaradıla biləcəyini söyləmişdi. Sonra o qeyd edib ki, bu məsələ ilə bağlı hakimiyyətin rəyi “ictimai rəylə tamamilə üst-üstə düşür” və hazırda müzakirələr gedir.

Eyni zamanda, Vorobyev vurğulayıb ki, yekun qərarı obyektin sahibi – “Crocus Group”un rəhbəri Araz Ağalarov verəcək.

Şirkətdən isə bildirilib ki, hələlik binanın müvafiq ekspertizalarının nəticələrini gözləmək lazımdır.

Martın sonunda Araz Ağalarovun oğlu, “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov bildirib ki, “Crocus City Hall”un bərpası məsələsində prioritet Rusiya Prezidenti Vladimir Putinin fikri ola bilər: "Düşünürəm ki, qərar vermək hüququna malik olan tək biz deyilik”.

Ticarət Mərkəzləri İttifaqının vitse-prezidenti Pavel Lyulinin sözlərinə görə, terror aktından sonra “Crocus City Hall”un bərpası konsert avadanlığı istisna olmaqla, təxminən 4-7 milyard rubla başa gələcək.

Eyni zamanda, Lyulin qeyd edib ki, hesablamalar şərtidir, çünki ekspertizanın nəticələri və yanğın nəticəsində metal konstruksiyalara dəymiş ziyanın dərəcəsi, eləcə də onların gələcəkdə istifadə oluna biləcəyi, yoxsa bunun olub-olmadığı məlum deyil.

Eyni zamanda, mart ayında moskvalılar və Moskva vilayətinin sakinləri arasında aparılan sorğu göstərdi ki, onların əksəriyyəti (57 faiz) “Crocus City Hall”un yerində park salınması və abidə ucaldılmasının zəruriliyinə inanır. Respondentlərin 24 faizi hesab edir ki, konsert zalını bərpa etmək lazımdır. Qalan respondentlər suala dəqiq cavab verə bilməyiblər.

Müəllif: Ayna.az