Bir gündə birinci mərhələ üzrə 417 nəfər vaksinasiyadan keçib
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 4026 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 417, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 338, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2970, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı 301 nəfərdir.
Vurulan peyvənd ümumi sayı 13 645 649, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 339 638, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 839 802, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 226 442, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 239 767 nəfər təşkil edir.