Bir gündə 18 nəfər vaksinasiyadan keçib
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 18 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunan olmayıb. İkinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 13 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 12000767, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5230388, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4742174, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 2028205 təşkil edir.