“Buster” doza üzrə vaksinasiyadan keçənlərin sayı 613 min 208 təşkil edir
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 39287 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5992, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9625, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23670 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 10132050, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5028482, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4490360, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 613208 təşkil edir.