COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

07.03.2023 - 17:46

cedabet dərman SEO Xidməti

Azərbaycanda son sutkada 211 nəfərə peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 211 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 94, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 60, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı 20 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 950 435, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 404 649, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 297, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 400 766, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 265 723 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş