COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

13.01.2023 - 18:54

cedabet dərman SEO Xidməti

Son sutkada 430 peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 430 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 285, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 83, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 23 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 936 891, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 399 674, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 113, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 396 212, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 264 892 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş