Azərbaycanda son sutkada 431 nəfər vaksinasiyadan keçib
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 431 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 243, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 115, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 26 nəfərdir.
Vurulan peyvəndlərin ümumi sayı 13 935 174, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 398 628, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 875 946, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 395 811, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 264 789 nəfər təşkil edir.