COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

22.12.2022 - 17:54

cedabet dərman SEO Xidməti

Azərbaycanda son sutkada 513 nəfər vaksinasiyadan keçib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 513 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 201, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 109, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 181, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 22 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 928 983, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 395 000, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 875 208, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 394 308, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 264 467 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş