COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

04.12.2022 - 19:13

Son sutkada koronavirus əleyhinə 268 peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 268 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 99, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 36, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 124, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 19 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 924 089, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 393 329, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 874 481, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 392 224, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 264 055 nəfər təşkil edir.

Müəllif: Ayna.az