COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

22.11.2022 - 17:22

cedabet dərman SEO Xidməti

Son sutkada 428 peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 428 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 112, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 76, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 195, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 45 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 919 197, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 391 980, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 873 292, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 390 250, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 263 675 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş